Nida Xəbər
“Paşinyanın axmaq idarəçiliyinə qarşı ittifaqı dərinləşdirirlər” - Tural İsmayılov

Artıq bir müddətdir ki, daxili siyasi xaosun hökm sürdüyü Ermənistanda artıq vəziyyət dalana dirənb.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bununla bağlı Publika.az-a deyib.
O bildirib ki, Paşinyan daxili auditoriyanın bütün ümidlərini puç edib:
“Ermənistanda böyük ideallarla hakimiyyət gəlmək üçün Sorosa bağlı fondlar vasitəsiylə Paşinyan xalqın zehnini zəhərləməklə məşğul idi. Nəticədə inqilab böyük narazı qüvvələrin formalaşmağı ilə gerçəkləşdi. Hazırda Paşinyana qarşı Sarkisyan-Koçaryan-Saakyan terror triosu tərəfindən formalaşdırılan koalisiya gərgin şəkildə mübarizəyə başlayıblar. Məsələ odur ki, Koçaryanın demarçı üçün təşkilatlanmaya da ehtiyac yoxdur, onlar artıq indiyə qədər müxtəlif vasitələrlə Paşinyanın axmaq siyasi hakimiyyətini şantaj edirdi. Konstitusiya Məhkəməsinə Paşinyanın diktatorial müdaxilə cəhdləri də fiaskoya uğradı, nəticədə keçmiş hakimlər və hüquqşünasların da ciddi bir ittifaqı yarandı. Qaqik Tsarukyanın həbsi və “Çiçəklənən Ermənistan” partiyasına olan siyasi səlib yürüşləri isə yalnız siyasi erməni müxalifətinin güclənməsi ilə yekunlaşmadı, eyni zamanda oliqarxiya və lobbi ilə iqtidar arasındakı çatları dərinləşdirdi. Hazırda bütün ideoloji fərqli qruplaşmaların Paşinyana qarşı çevriliş və silahlı qiyam formasında pərakəndə müqavimət formalaşdırdığı müşahidə olunur.”
Ekspert qeyd edib ki, Ermənistandakı bütün hakimiyyətlər işğalşı zehniyyət təcəssüm etdirir:
“Bizim üçün Paşinyan nə qədər bacarıqsız və axmaq qatildirsə, digərləri də eyni formada işğalçı təfəkkürün davamçıları kimi nəzərdən keçirilməlidir. Ermənistan işğala heç vaxt son qoyacaq bir dövlət deyildi. Şanlı ordumuz bu gün təkcə hərbi zəfərlər qazanmır, həm də Ermənistanın iqtisadi-siyasi süqutunu sürətləndirir”.

-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu
-
Hadisə16:19
Bakıda yaşayış binası yanır - Yeniləndi