Nida Xəbər
Aslanlarımız Qarabağda dastan yazır - Türkiyəli sənətçidən Azərbaycana DƏSTƏK

"Azərbaycan demək, Türkiyə deməkdir mənim üçün, bizim üçün. Azərbaycan xalqı bizim öz xalqımızdır, özümüzdür. Biz eyni duyğuları paylaşırıq, eyni millətik və bundan qürur duyuruq".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur sənətçisi Orxan Gəncəbay Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə Azərbaycanın haqq mübarizəsindən danışarkən deyib.
Sənətçi Azərbaycanın yanında olduğunu ifadə edib: "Biz tarix boyu bərabər olmuşuq. Azərbaycana illərdir edilən haqsızlığı yaxından izləyirik. Onun torpaqlarını, vətənlərini bölmək, işğal etmək kimi hərəkətlər hamımızı çox narahat edib. İndi azərbaycanlı canlarımız, qardaşlarımız bu haqsızlığa qarşı uğurla mübarizə aparırlar və torpaqlarını azad edirlər. Biz bununla qürur duyuruq. Ermənistanın etdiyi yanlışlıqları təəssüf ki, dünya bilsə də, səsini çıxarmır. Şübhəsiz, bunların hamısı siyasi səbəblərdən olur. Ancaq Azərbaycan xalqı olduqca haqlıdır və bu haqqını sonuna qədər müdafiə edəcək".
Orxan Gəncəbay Azərbaycan Ordusuna da dəstəyini dilə gətirib: "Aslanlarımıza deyirəm ki, özlərinə diqqət etsinlər. Onlar dastan yazır hamısı. Savaş meydanında möhtəşəmdirlər. Kaş ki, sülhlə olardı bütün bunlar, ancaq demək ki, artıq belə gərəkir. Onlar gərəkəni layiqli bir formada edirlər. Hamısının gözlərindən öpürəm, bağrıma basıram, hamısı bizim övladlarımızdır, canlarımız, aslanlarımız".
Sənətçi Azərbaycanın qələbə qazanacağına inamını bildirib: "İnşallah bütün bunlar bitəcək və hər şey çox yaxşı olacaq, Azərbaycanın lehinə olacaq. Azərbaycan xalqına ən dərin hörmətlərimi və sevgilərimi çatdırıram"

-
Nida Xəbər 15:38
Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
-
Cənubi Qafqaz15:36
Paşinyan, Putin və Əliyev ayın sonunda görüşə bilər - Rusiya XİN
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir