İşğaldan azad olunan rayonlar iqtisdiyyatımıza nə verəcək? - VACİB DETALLAR
Bizi izləyin

Nida Xəbər

İşğaldan azad olunan rayonlar iqtisdiyyatımıza nə verəcək? - VACİB DETALLAR

“İşğaldan azad olunmuş ərazilərin kifayət qədər böyük iqtisadi potensialı var. Nəzərə alsaq ki, birinci mərhələdə minadan təmizlənməsi, daha sonra bərpası həyata keçiriləcək. Təbii ki, növbəti mərhələdə həmin ərazilərin iqtisadi töhfəsidir”.

Publika.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, deputat Vüqar Bayramov işğaldan azad olunan rayonların ölkə iqtisadiyyatına töhfəsi ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, hazırda işğaldan azad olunan ərazilər - Füzuli, Cəbrayıl və Zəngilan rayonu kifayət qədər təbii ehtiyatlarla zəngin rayonlar hesab olunur: “Burada dəmir filizi daxil olmaqla, tikinti materiallarından istifadə olunacaq. Xeyli sayda materiallar var. Təbii ki, bunlar məhz həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda həmin bölgələr Azərbaycan üçün kənd təsərrüfatının inkişafı baxımından vacibdir. İşğaldan əvvəlki dövrlərdə məhz həmin rayonlar aqrar sektorun inkişafında xüsusi paya malik idi. Məsələn, Füzuli rayonu pampıqçılıq, üzümçülük, taxılçılıqda xüsusi paya malik idi. Xüsusən də taxılçılıq və üzümçülük üzrə Füzuli rayonu respublikamızda aparıcı rayonlardan hesab olunurdu. O baxımdan, aqrar potensialı kifayət qədər böyükdür”.

V.Bayramovun sözlərinə görə, həmin bölgələrdə sənaye məhsullarının istehsalı da həyata keçirilirdi ki, bununla da emaledici sənaye məhsullarının istehsalının təşkil edilməsi mümkündür:“Təbii ki, bu da nəticə etibarilə məhz həmin ərazilərin iqtisadi potensialını göstərən faktorlardan biridir. Bütün qeyd edilən, eyni zamanda gələcəkdə işğaldan azad olunacaq ərazilər turizm potensialına malikdir. Nəzərə alsaq ki, qədim yaşayış yerlərindən hesab olunan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. Bu, imkan verəcək ki, turizim potensilanı inkişaf etdirmək mümkün olsun”.

Xudafərin körpüsü və Araz çayı üzərində inşa edilən su elektrik stansiyalarını xüsusi qeyd edən V.Bayramov nəzərə çatdırıb ki, Xudafərin körpüsü Azərbaycan-İran arasındakı xarici əlaqələrin genişləndirilməsi baxımından vacib körpülərdən biridir: “Azərbaycan üçün Xudafərin yalnız mənəvi deyil, eyni zamanda iqtisadi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Araz çayı üzərində su elektrik stansiyaları inşa ediləcək. Onlardan biri “Xudafərin”, digəri “Qız qalası” adlanıdırılır. Bu su elektrik stansiyalarının inşa edilməsi nəticə etibarilə işğaldan azad edilən ərazilərimizin elektrik enerjisi ilə təminatına imkan yaradacaq. Eyni zamanda bu, imkan verəcək ki, Azərbaycan elektrik enerjisi ixrac etmək imkanına malik olsun. Daxili tələbin ödənilməsi və Azərbaycanın ixrac potensialının genişləndirməsi baxımından hər iki stansiyanın xüsusi payı olacaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm