Nida Xəbər
İsrail səfiri Gəncəyə səfər edib - Mingəçevirə də gedəcək - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə gəlib.
Publika.az xəbər verir ki, Corc Dik Ermənistan tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib. O, mövcud vəziyyətlə yerində tanış olub, həmçinin erməni terroru nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüb.
Diplomat Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan şəxslərin müvəqqəti yerləşdirildikləri yataqxanada da olacaq.
Gəncədən sonra səfir Mingəçevirə səfər edəcək.
Səfirin Gəncə və Mingəçevirə səfər etməsinin məqsədi dinc əhaliyə qarşı törədilmiş raket zərbələrinin nəticələri ilə yaxından tanış olmaq, habelə zərərçəkənlərə humanitar yardım göstərməkdir.

-
Hadisə14:58
Cəlilabad Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir
-
Magazin113:26
Pərvin Abıyeva bikinidə rəqs etdi - VİDEO
-
Hadisə13:01
Sabiq bələdiyyə sədrinin bacısı qaziyə qarşı dələduzluq edib - Təfərrüat
-
Sosial12:47
Yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTO