Çox qısa müddətdə biz buna nail olacağıq - Əlimusa İbrahimov
Bizi izləyin

Nida Xəbər

Çox qısa müddətdə biz buna nail olacağıq - Əlimusa İbrahimov

“Hörmətli, cənab Prezidentin çıxışlarına istinad edərdim. Çıxışlarında demişdi ki, bu günü biz 30 ildir gözləyirik. Rəhbərimiz, bütün dünyada yaşayan azərbaycanlı və türk olan nümayəndələr kimi, bu qayıdışı biz 30 ildir gözləyirik”.

Publika.az xəbər verir ki, bunu BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

Ə.İbrahimov qeyd edib ki, 30 ildir vətən həsrəti ilə yaşayan və dünyasını dəyişən insanlar var: “Əlbəttə ki, bu, azərbaycanlıların bu torpaqlara yenidən qayıdışıdır və heç bir millətin malik ola bilmədiyi böyük qayıdışdır. Bütün xalq, kiçikdən böyüyə hamı bu arzu ilə yaşayır və bu amal uğrunda mübarizə aparır. Əlbəttə ki, erməni əsgərinin ayağı Azərbaycan torpaqlarından kəsilənə qədər bu qayıdış davam edəcək və inşallah, bu gün uzaqda deyil. Çox qısa müddətdə biz buna nail olacağıq”.

“30 ildir torpaqlarımız düşmən tapdağı altında qalıb, 1 milyondan artıq qaçqını təmin etmişik. Eyni zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də yaxşı inkişafa malik olub. Azərbaycanın bu illər ərzində inkişafını müxtəlif reytinq qrupları çox yüksək qiymətləndirirdi”, - Ə.İbrahimov əlavə edib.

Onun sözlərinə görə, torpaqlarımız işğal altında və 1 milyondan çox qaçqınımız olduğu halda, bu inkişfa nail olmuşqusa, biz 20 faiz torpaqlarımızla birgə sülh şəraitində ondan da artıq inkişaf etdirəcəyik: “Cənab Prezidentimiz dedi “çox qısa zamanda biz buna nail olacağıq ki, Dağlıq Qarabağ və işğaldan azad olunan bütün torpaqlarımız, hətta Azərbaycanın digər rayonlarından da yüksək inkişaf səviyyəsinə keçsin”. Bütün millətimiz bu torpaqlar uğrunda canlarını qurban verir, hər şeydən keçirlər. Onları əvvəlki vəziyyətinə qaytarmaq qarşıda duran məsələnin ən xırda hissəsidir. Torpaqlarımızın azad edilməsinin yanında bu xırda işdir və bütün millət buna çalışacaq. Hesab edirəm ki, o şəhərlər, kəndlər əvvəlkindən daha artıq yaradılacaq, qurulacaq və biz bunu Azərbaycanın qısa tarixində çox görmüşük”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm