Prezident qətiyyətli müharibə aparır - Razi Nurullayev
Bizi izləyin

Nida Xəbər

Prezident qətiyyətli müharibə aparır - Razi Nurullayev

“Müharibə əmri vermək, uzunmüddətli müharibə aparmaq cəsarətinə malik olmaq hər liderə xas olan əlamət deyil. Bu, həm də çox riskli işdir. Döyüş kənardan baxana asan gəlir”.

Publika.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev torpaqlarımızın işağaldan azad edilməsində Prezident İlham Əliyevin hərbi-siyasi, diplomatik rolunu dəyərləndirərkən qeyd edib.

R.Nurullayev diqqətə çatdırıb ki, düşmənin də silahı, əsgərləri və generalları var: “Müharibənin də taleyini əvvəlcədən müəyyən etmək mümkün olmur. Axı, haradan biləsən ki, düşmən hansı taktikanı seçəcək, ona kim kömək edəcək, o hansı silahlara malikdir. Bu baxımdan, Prezidentin qətiyyətli müharibə aparması təqdir edilir və bəyənilir”.

“Şəxsən məni Prezidentin hazırkı perfomansı tam qane edir və onun müsahibələrini maraqla oxuyuram və düzünü deyim ki, özüm üçün də notlar götürürəm. İndiki hakimiyyətə müxalifətdə olsam da, indiki zamanda həqiqətləri deməyin və Ali Baş Komandanın ətrafında daha sıx birləşməyin tərəfdarıyam və müharibə bitənə kimi də belə olacaq”, - deputat əlavə edib.

R.Nurullayev Prezidentin Ali Baş Komandan kimi, müharibə aparmaq bacarığını sübut edən vacib amilləri də nəzərə çatdırıb: “Birincisi, cəmiyyətdə birmənalı fikir olmamasına rəğmən, Azərbaycan Ordusunu müasir silahlarla təchiz etmək, Müdafiə Sənayesi Nazirliyi yaratmaq və bir sıra silahların öz zavodlarımızda istehsalına nail olmaq ciddi uğur idi. İkincisi, işğalda olan torpaqları azad etmək üçün zaman, beynəlxalq konyukturanı və regionda formalaşan geosiyasi vəziyyəti düzgün qiymətləndirmək lazım idi və Prezident bunu bacardı. Üçüncüsü, müharibə aparan ölkənin düzgün ritorikasını, xarici siyasətini və diplomatiyasını aparılan döyüşə uyğunlaşdırmaq lazımdır. Haqqı demək lazımdır ki, bunu da yüksək səviyyədə edə bildi. Dördüncüsü, açıqlamaları, verdiyi müsahibələr və dünya liderləri ilə danışmaq bacarığı Ermənistanın əli-qolunu bağlamaqla yanaşı, Azərbaycana qarşı qərəzli mövqe tutan Rusiya və Fransa mətbuatını belə, neytrallaşdıra bildi. Bunu bacarmaq üçün gərək, Bjezinskidən ən azı 2-3 dəfə güclü diplomat, Şarl de-Qoll və Uinston Çörçildən də güclü siyasətçi olasan”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm