Nida Xəbər
“Le Figaro”: Paşinyanın vəziyyəti ümidsizdir

Fransanın “Le Figaro” nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazını dərc edib.
Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.
Məqalədə həmçinin bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiya, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək, onları Dağlıq Qarabağ separatçılarına qoşulub, Azərbaycana qarşı döyüşməyə çağırıb. O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb.
Yazıda Azərbaycanın 90-cı illərdə itirdiyi torpaqları geri qaytardığı qeyd olunur.
Sonda bildirilir ki, Paşinyanın bu çıxışı oktyabr ayında razılaşdırılmış iki humanitar atəşkəsin ardıcıl olaraq uğursuzluqla nəticələnməsi zəminində baş tutub. Yazıda hər iki ölkənin Xarici İşlər nazirlərinin Moskva və bu gün baş tutmalı olan Vaşinqton görüşlərinə də toxunulub.

-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu
-
Hadisə16:19
Bakıda yaşayış binası yanır - Yeniləndi