Nida Xəbər
"Hindistan Azərbaycanla həmrəydir" - Vicay Colli

Hindistanın hakim Bharatiya Canata Partiyasının rəhbər üzvü, İCAP Daimi Komitəsinin üzvü doktor Vicay Colli Baş nazirin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədova, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycanın apardığı mübarizə ilə həmrəy olduğu barədə məktub göndərib.
Publika.az xəbər verir ki, məktubda qeyd olunur: "Sizin İCAPP Daimi Komitəsinin üzvü kimi mənə yolladığınız və Ermənistanın siyasi və hərbi rəhbərliyinin dinc vətəndaşlarınıza qarşı insanlıq əleyhinə cinayətləri barədə məlumatlandıran məktubunuzu almışıq.
Doktor Vicay Colli məktubda bildirir: “Məktəblilər də daxil olmaqla 60 mülki şəxsin ölümünə, 250-dən artıq insanın yaralanmasına, 2000-dən artıq evin dağıdılmasına səbəb olan cinayətkar hücumlar qəzəb doğurur və qeyri-insanidir.
Bu cür qəddar əməllər insanlığa qarşı cinayətdir. Razılaşırıq ki, bu əməllər beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və Əlavə Protokollarını, həmçinin, 10 oktyabr 2020-ci ildə qüvvəyə minən humanitar atəşkəsin prinsiplərini pozur.
Biz Ermənistan hərbçiləri tərəfindən mülki əhaliyə qarşı bu cür terrorçu hücumları pisləyirik. Yeni Azərbaycan Partiyası ilə həmrəyliyimizi ifadə edirik”.
Qeyd edək ki, doktor Vicay Colli Hindistanın hakim Bharatiya Canata Partiyasının Tripura ştatı departamentinin rəhbəri, sonra isəBJP-nin xarici əlaqələr üzrə məsul şəxsi olmuşdur. O hal-hazırda partiyada rəhbər şəxs, eyni zamanda BJP-nin təmsilçisi kimi İCAPP Daimi Komitəsinin üzvüdür.

-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu
-
Hadisə16:19
Bakıda yaşayış binası yanır - Yeniləndi