Dünya vəkillərinə müraciət olundu
Bizi izləyin

Nida Xəbər

Dünya vəkillərinə müraciət olundu

Sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam etməkdədir. Azərbaycan əsgəri günbəgün işğal altında olan torpaqlarımızı düşməndən azad edir.

Publika.az xəbər verir ki, bu barədə dünya vəkillərinə müraciətdə deyilir:

Bildirilir ki, bu müddət ərzində Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq humanitar hüquq kobudcasına pozularaq Ermənistan Respublikasının ərazisindən Azərbaycan əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələri, mülki obyektlər və strateji enerji infrastrukturları məqsədyönlü şəkildə raket atəşinə məruz qalmış və ciddi ziyan görmüş, qadağan olunmuş silah və sursatlardan istifadə edilmiş, münaqişəyə müxtəlif yerlərdən terrorçu qruplaşmalar cəlb edilmiş, iki dəfə razılaşdırılmış və elan olunmuş humanitar atəşkəs pozulmuşdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 150-dən çox beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb

Bundan əlavə, beynəlxalq media nümayəndələrinin və Ermənistan Respublikası rəsmilərinin səsləndirdiyi iddialara Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabı da həmin müraciətə əlavə olunub.

Qeyd olunan müraciət 3 dildə ictimaiyyətin diqqətinə təqdim edilir:

AZE

ENG

RUS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm