Britaniyanın Lordlar Palatasının üzvü Ermənistanın hərbi təcavüzüni PİSLƏDİ
Bizi izləyin

Nida Xəbər

Britaniyanın Lordlar Palatasının üzvü Ermənistanın hərbi təcavüzüni PİSLƏDİ

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kilkluney Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən hərbi təcavüzü pisləyən bəyanatla çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Lord Kilkluney humanitar məqsədlər üçün atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qəsdən edilən raket hücumu nəticəsində 10 mülki şəxsin həlak olmasını və 34 nəfərin ağır yaralanmasını vəhşilik kimi qiymətləndirib.

Bəyanatda bildirilir ki, bu hadisə münaqişə zonasından uzaq məsafədə, hərbi obyektlərin olmadığı bir şəhərdə törədilib. O, Ermənistanın tərəfindən törədilən hücumların qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. Eyni zamanda, Ermənistanın Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasını ehtiva edən bu vəhşi hərəkətlərini qınamağa çağırış edib.

Lord Böyük Britaniya hökumətini bu məsələni təcili olaraq Ermənistan hökuməti qarşısında qaldırmağa, işğalçı ölkəni beynəlxalq humanitar hüquqlarla bağlı öhdəliklərinə və atəşkəsə hörmətlə yanaşmağa çağırıb. Lord Kilkluney Böyük Britaniyanın Bakıdakı səfirindən də Gəncədə baş verən hadisələrə diqqətlə yanaşmasını xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm