Düşmənin könüllü dəstələri və döyüş texnikaları DARMADAĞIN EDİLDİ
Bizi izləyin

Nida Xəbər

Düşmənin könüllü dəstələri və döyüş texnikaları DARMADAĞIN EDİLDİ

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin guya məhv edilməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat xülyadır”

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib.

Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm