“Həmsədr ölkələrin liderləri üçlü şəkildə Qarabağ görə heç zaman toplanmayıblar - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

“Həmsədr ölkələrin liderləri üçlü şəkildə Qarabağ görə heç zaman toplanmayıblar - POLİTOLOQ

“1993-cü ildə özlərinin qəbul etdiyi qətnamələri nəzərə almaq istəməmələri düzgün deyil. Çünki hazırda problemin kökü elə BMT Təhülkəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsidir”.

Publika.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov 19 oktyabrda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar hazırladığı bəyanat layihəsində özünün məlum qətnamələrinə istinad etməməsi və Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı mövqeyindən sonra həmin bəyanat layihəsini rəsmən geri götürməsi ilə bağlı danışarkən deyib.

Z.Məmmədov nəzərə çatdırıb ki, bu gün Azərbaycan Respublikası məhz bu qətnamələri və BMT-nin 51-ci maddəsini nəzərə alaraq öz ərazisində Ermənistanı sülhə vadar etmə və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində hərbi əməliyyatlar aparmaqdadır: “Hər halda, Təhlükəsizlik Şurasının üzvləri başa düşməlidirlər ki, onlar uzun müddətdir ATƏT-in həmsədr ölkələri kimi, münaqişənin həlli istiqamətində məsuliyyət daşıyırlar və bu problemin kökü, müharibənin başlamasının elə səbəbi BMT qətnamələrinin yerinə yetirilməməsidir. Ona görə, yaxşı olardı ki, Rusiya, Fransa və ABŞ BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı məsələyə yuxarıdan aşağı yanaşmasın”.

“Bildiyiniz kimi, artıq Azərbaycan özü hərbi əməliyyatlar nəticəsində ətraf rayonların qaytarılması istiqamətində mühüm işlər görüb. Artıq bir neçə rayon ordumuz tərəfindən işğaldan azad olunub. Bu, o deməkdir ki, BMT Təhlükəszilik Şurasının etmədiyini Azərbaycan məsuliyyəti öz üzərinə götürərək etdi”,- deyə politoloq əlavə edib.

Z.Məmmədov vurğulayıb ki, ATƏT-in həmsədr ölkələri işğal altındakı torpaqlarla bağlı Ermənistana ciddi şəkildə təzyiq göstərməlidir, əks halda hərbi əməliyyatlar davam edəcək: "İkili standartlardan uzaq olmaq və Azərbaycanın ərazi bütövlüyü istiqamətində ona dəstək olmaq lazımdır. Əslində, elə beynəlxalq hüquq və ədalət də bunu tələb edir”.

Z.Məmmədovun fikrincə, burada görünən odur ki, onlar arasında fikr ayrılığı var idi: “Nyu-Yorkdakı həmin o görüşdə əsas söz sahibi Fransa və Rusiya idi. Heç də təsadüfi deyil ki, Rusiyanın nümayəndəsi hər kəsin adından çıxış etdi. Hər halda, BMT, ümumiyyətlə, dünya ictimaiyyəti reallıqla üz-üzədir və bu reallıq ondan ibarətdir ki, Ermənistan işğalçıdır. Ermənistanı az qala bütün təşkilatlar və dövlətlər işağlçı kimi tanıyırlar. Buna görə, həmin ölkələrin, ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının imicinin qorunması üçün ədalət və hüquq nöqteyi-nəzərindən çıxış etməsi çox vacibdir. Onsuz da son zamanlar BMT Təhlükəszlik Şurasının imicinə kifayət qədər böyük xələl gətirilib”.

Bir neçə ölkənin Təhlükəszilik Şurasının formatının dəyişməsi, oradakı ölkələrinin sayının artırılması istiqamətində məsələ qaldırdığını qeyd edən Z. Məmmədovun sözlərinə görə, bütün bunlar ona görədir ki, BMT Təhlükəsizlik Şurası effektiv işləmir: “Təsəvvür edin ki, onlar Dağlıq Qarabağ, Azərbaycan-Ermənistan arasındakı münaqişə ilə bağlı son dəfə 1995-ci ildə toplanıblar. Üstündən 25 il keçib və bu illər ərzində hələ ki, ATƏT-in həmsədr ölkələrinin liderləri üçlü şəkildə Qarabağ görə heç zaman toplanmayıblar”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm