Prezident Ermənistanın təcavüzkarlıq siyasətinin iç üzünü açdı - Musa Qasımlı
Bizi izləyin

Nida Xəbər

Prezident Ermənistanın təcavüzkarlıq siyasətinin iç üzünü açdı - Musa Qasımlı

“Cənab Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibəsi Azərbaycan haqqında həqiqətlərin fransız ictimaiyyətinə çatdırılmasında mühüm bir vasitə oldu. Sualların təxribatçı xarakter daşımasına baxmayaraq, dövlət başçımızın təmkinlə və tutarlı şəkildə cavab verməsi, bir çox məsələlərə bir daha aydınlıq gətirməsi faydalı oldu”.

Publika.az. xəbər verir ki, bu fikirləri deputat Musa Qasımlı Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibəyə münasibətini ifadə edəkən qeyd edib.

M.Qasımlının sözlərinə görə, hər şeydən əvvəl dövlət başçımız Ermənistanın təcavüzkarlıq siyasətinin iç üzünü açdı, təxribatlarını diqqətə çatdırdı və mülki əhalini hədəf aldığını qeyd etdi: “Həmçinin Azərbaycanın ədalətli müharibə apardığını bildirdi və ermənilərin işğala son qoyduqdan sonra bütün digər məsəllərin həll oluna biləcəyini söylədi. Müsahibədə eyni zamanda ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkünlüyü də vurğulandı. Türkiyə ilə bağlı məsələlərə bir daha müfəssəl cavab verildi”.

M. Qasımlı hesab edir ki, dövlət başçımızın bu müsahibəsi Avropada ictimai rəyə güclü təsir edən bir amildir.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm