Ramiz Sevdimalıyev: “Ermənistanda hakimiyyət uğurunda mübarizə şiddətlənir”
Bizi izləyin

Nida Xəbər

Ramiz Sevdimalıyev: “Ermənistanda hakimiyyət uğurunda mübarizə şiddətlənir”

“Bu müharibə Ermənistan hakimiyyətinin təxribatları ilə başlayıb, danışıqlar prosesini prozublar. Müharibənin gedişatında ciddi itkilər verən, məğlubiyyətə uğruyan Ermənistan ordusunun çox sayda texnikası məhv olub. Ölkənin müharibə aparmağa resursları yoxdur. Ona görə də daxildə siyasi qüvvələr arasında və cəmiyyətdə parçalanma baş verir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanla müharibə fonunda Ermənistanda iqtisadi-siyasi vəziyyətin gərginləşdiyini bildirən siyasi elmlər doktoru Ramiz Sevdimalıyev deyib

R.Sevdimalıyevin sözlərinə görə, Ermənistanda əhalinin bir hissəsi etiraz edir ki, övladları niyə vuruşur: “Digər tərəfdən də siyasi qüvvələr parçalanıb. “Qarabağ klanı” və Ermənistandan olan siyasi qüvvələrin arasında da parçalanma var. Bunlar hamısı istənilən halda sülhə hazır olmayan qüvvələrdir. Digər tərfdən, bunlar sülhə hazır olmasalar da, müharibəni əsas vasitə kimi görsələr də, biri-biri ilə dil tapa bilmirlər. Çünki başa düşürlər ki, Paşinyan hakimiyyətdən getməli olacaq. Bilirlər ki, o, Ermənistanı uçuruma aparıb, siyasi-iqtisadi vəziyyət bərpaddır. Bu da Ermənistanın gələcəkdə mövcudluğunu sual altına qoyur. Belə bir ərəfədə hakimiyyət uğurunda mübarizə şiddətlənir. Yəni Köçəryan bir, Sərkisyan digər, prezident başqa bir istiqamətdən mübarizə aparır. Bir hissəsi Rusiyayönümlü, Paşinyan və onun tərəfdarları Qərbyönümlüdür. Sözsüz ki, ölkədədaxili siyasi elitanın mübarizəsi daha da şidddətlənəcək”.

R.Sevdimalyev hesab edir ki, Ermənistanı bu vəziyyətdən çıxara biləcək qüvvə Amerika, Rusiya, yaxud Fransadır: “Onların arasında konsensus yaranıb ki, Azərbaycan artıq 30 ilə yaxındır ərazisini itirib. Putin də bunu açıq dedi ki, bu, ömürülük davam edə bilməz, ərazilər qaytarılmalıdır. Putindən əlavə, Amerikanın NATO-dakı səfiri Key Beyli Hatçison iki gün əvvəl açıq şəkildə bəyan etdi ki, Amerika, Rusiya, Fransa kimi, Alyansın əsas məqsədi münaqişənin əvvəlki vəziyyətə, yəni Azərbaycanın ərazi bütövlüyü və suverenliyi olan vəziyyətə qaytarılmasıdır. Hamı başa düşür ki, Azərbaycanın ərazisi tam şəkildə özünə qaytarılmalıdır. Bu, dünyada artıq qəbul olunb. Amma Ermənistan sülhə getmək istəmir”.

R.Sevdimalıyevin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olandan sonra Rusiya, yaxud Amerika hansısa formada Ermənistanı sülhə razı olmağa təhrik edə bilər: “Amma sülh şərtləri başqa olacaq. Çünki Azərbaycan öz ərazilərini tam qaytaracaq. Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan olan ermənilər orada yaşamaq istəyirlərsə yaşasınlar, yaşamaq istərmirlərsə, Ermənistan boşdur. 90-cı illərdə Ermənistandan 250 min azərbaycanlı qovulub, onların qovulduğu kəndlər hamısı boşdur. Onların o torpaqları doldurmağa insan resursu yoxdur. Cavanlar ölkəni tərk edib, qocalar da əlacsız qalanlardır. Bu gün Dağlıq Qarabağda Ermənistandan gələnlər xidmət edirlər. Yəni Dağlıq Qarabağda erməni yoxdur ki, ora muxtariyyət də tələb edə bilsinlər. Amma erməni cəmiyyəti sülhə hazır deyil, onu təhrik edən qüvvə tapılmasa, onların gələcəyi sual altındadır”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm