Nida Xəbər
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirildi - FOTO
Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata ngörə, Azərbaycan və türk icmalarının iştirak etdiyi yürüş Ermənistan ordusunun Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub.
Yürüş iştirakçıları Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını insanlığa qarşı törədilən cinayət adlandırıb, işğalçı və terror siyasəti yürüdən Ermənistanın bəynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildiriblər.
Yürüş iştirakçıları müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” şüarları səsləndiriblər.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO