Hamburq və Frankfurtda Gəncə terrorunun qurbanları yad edildi
Bizi izləyin

Nida Xəbər

Hamburq və Frankfurtda Gəncə terrorunun qurbanları yad edildi

Almaniyanın Hamburq və Frankfurt şəhərlərində yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə təcavüzkar Ermənistan Ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilə xəbərə görə, Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb.

Anım mərasimində soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm