Gəncədə erməni terroru nəticəsində həlak olan 13 yaşlı Artur anıldı - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Gəncədə erməni terroru nəticəsində həlak olan 13 yaşlı Artur anıldı - FOTOLAR

17 oktyabr Gəncə terroru nəticəsində ağır yaralanan və dünən sabah saatlarında həyatını itirən Rusiya vətəndaşı Artur Mayakov ilə vida mərasimi keçirilib.

Publika.az xəbər verir ki, vida mərasimi Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində baş tutub.

13 yaşlı Artur Mayakovun söz mənzilə yola salınması ilə bağlı keçirilən vida mərasimində şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun yaxınları və müəllimləri iştirak edib. Kilsədə dualar oxunub, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi terror qurbanlarının xatirəsi anılıb.

Qeyd edək ki, Artur Mayakov Rusiya vətəndaşı olsada uzun illər Gəncə şəhərində yaşayırdı. O, burada yaxınlarının himayəsində olub. Həmin gecə yəni oktyabrın 17 -si Ermənistan silahlı qüvvələri tərəfindən dinc insanların öldürülməsi məqsədi ilə Gəncə şəhərinə atılan balistik raket Mayakovun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə Artur Mayakov koma vəziyyətində xəstəxanaya qaldırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, 13 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, erməni terroru nəticəsində Gəncə şəhərində Artur Mayakovdan başqa, daha 4 uşaq dünyasını dəyişib. Ölənlər uşaqlardan ən kiçiyiçi 11 aylıqdır. Ümumilikdə isə Gəncə şəhərinə atılan son raket zərbəsi nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 dən artıq yaralı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm