Qalmaqallı kafenin adı dəyişdirilib “Xankəndi kafesi" qoyuldu - FOTO
Bizi izləyin

Nida Xəbər

Qalmaqallı kafenin adı dəyişdirilib “Xankəndi kafesi" qoyuldu - FOTO

Bakıda qalmaqallı "Anderson" kafesinin adı dəyişdirilərək, tezliklə işğaldan azad olunacağını gözlədiyimiz Xankəndinin şərəfinə "Xankəndi kafesi" adlandırılıb.

Publika.az xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında kafenin rəhbərliyi bildirib.

Kafenin Kamran adlı administratoru qeyd edib ki, ermənipərəst Anastasiya Tatulova ilə bütün müqavilələrə xitam verildikdən sonra kafenin adının dəyişdirilməsi yönündə işlər aparılıb: "Anastasiya Tatulova ilə bütün müqavilələrə xitam verildikdən dərhal sonra kafedə ona məxsus olan bütün əşyaları çıxarmağa, kafenin adını sökməyə başladıq. Buranın "Xankəndi kafesi" adlandırılması haqda qərara gəldik. Bu məsələ qanuni şəkildə öz həllini tapmalı, kafenin adı rəsmi olaraq patentləşdirilməlidir. Proses başa çatdıqdan sonra kafemiz rəsmi olaraq "Xankəndi kafesi" adlandırılacaq".

Musavat.com-un əməkdaşları kafedə olduğu müddətdə bir çox əşyaların kafedən çıxarıldığını, bir küncdə isə məşhur #itiqovankimi həştaqi qeyd edildiyini müşahidə edib.

Xatırladaq ki, bir neçə gün əvvələ qədər "Anderson" adlandırılan kafe Moskvada yaşayan və biznes şəbəkəsi olan Anastasiya Tatilovaya məxsus idi. 2017-ci ildən fəaliyyət göstərən kafe bu müddət ərzində kifayət qədər nüfuz qazanaraq, müştəri cəlb edə bilib.

Lakin çox təəssüf ki, Bakıdan qazanc əldə edən Tatulova düşmən tərəfində olduğunu, terrorçu erməni ordusuna maddi yardım göstərmək istədiyini nümayiş etdirmişdi.

Onun bu addımından xəbər tutan hər bir azərbaycanlı və Azərbaycanın haqq savaşının yanında olanlar Tatulovanın sosial şəbəkədəki səhifəsinə yazaraq, onu terrora dəstək verməkdə qınayıb, Bakıdakı kafe şəbəkəsinin boykot edilməsi ilə bağlı çağırışlar etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm