Qubadlının işğaldan azad olunması şərəfinə gəmilər qələbə fiti verdilər
Bizi izləyin

Nida Xəbər

Qubadlının işğaldan azad olunması şərəfinə gəmilər qələbə fiti verdilər

Bakı portundakı gəmilər Qubadlı şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər. Eyni zamanda gəmilər havaya fişəng atıblar.

Publika.az xəbər verir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 25 oktyabr saat 23:00 radələrində öz "Twitter" hesabında Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirib: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm