Ermənistanın baş naziri yenidən yalan danışır - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

Ermənistanın baş naziri yenidən yalan danışır - Hikmət Hacıyev

“Ermənistanın Baş naziri yenidən yalan danışır".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlyıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”, - deyə Hacıyev əlavə edib.

Qeyd edək ki, N.Paşinyan tvitter səhifəsində “Ermənistanın humanitar atəşkəsə əməl etdiyini” yazmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm