Şəhid Dmitri Sonçev dəfn edildi - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Şəhid Dmitri Sonçev dəfn edildi - FOTO/YENİLƏNDİ

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonçevlə vida mərasimi başa çatıb.

D.Sonçev İkinci Fəxri Xiyabanda dəfn edilib.

***

11:53

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonçevlə vida mərasimi keçirilib.

Publika.az Report-a istinadən xəbər verir ki, şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".

D.Sonçev İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm