Nida Xəbər
Kalınla Obrayn arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn arasında telefon danışığı baş tutub.
Publika.az "TGRT Haber" istinadla xəbər verir ki, telefon söhbəti zamanı tərəflər həmçinin Azərbaycanla Ermənistan arasındakı gərginliyə toxunublar.
Söhbət zamanı Qarabağ məsələsinə diplomatik yollarla həll axtarışlarının vacib olduğu vurğulanıb, Ermənistan tərəfinin atəşkəsi pozması hallarının və dinc əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu bildirilib. Davamlı və daimi sülhə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan tamamilə geri çəkilməsinin vacib olduğu fikri təkrarlanıb.
Danışıq zamanı həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq ictimaiyyətin BMT TŞ və ATƏT qərarları çərçivəsində qəti addımlar atmalı olması da vurğulanıb.

-
Sosial01:15
Kənd sakinləri illərdir içməli suya həsrət qalıb - VİDEO
-
Qoroskop00:37
Günün ulduz falı: Yeni il yeni şanslar və imkanlar vəd edir!
-
Qarabağ 26 Yanvar 23:28
Paşinyandan Qarabağdakı ermənilərə mesaj: “Qaçın...”
-
Sosial26 Yanvar 22:32
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Yüzlərlə sakin ... - VİDEO
-
Səhiyyə26 Yanvar 21:38
TƏBİB-dən valideynlərə XƏBƏRDARLIQ: "Xəstəliklərin mənbəyi..."
-
Magazin126 Yanvar 21:27
Aygünün doğum günündən möhtəşəm görüntülər - VİDEO
-
Sosial26 Yanvar 20:32
Bu ayın müavinət və təqaüdləri ödənildi
-
Yaxın Şərq26 Yanvar 19:32
İsrail Avropa Birliyini İranla mübarizə aparmağa çağırdı