Yaxın zamanda Şuşada və Xankəndində... - Deputat AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Yaxın zamanda Şuşada və Xankəndində... - Deputat AÇIQLADI

“Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təcavüzkarlığına yönəlmiş siyasətinə Azərbaycan dövlətinin başlamış olduğu əks-hücumlardan 1 ay keçir. Bir ay, əslində, tarixdə çox böyük zaman deyil. Qısa zaman kəsiyində Ali Baş komandanımız İlham Əliyevin rəbhərliyi altında Azərbaycan Ordusu işağlçı dövlətə qarşı oduqca ağır, sarsıdıcı və ölümcül zərbələr endirdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

F.Ağamal qeyd edib ki, qəhrəman silahlı qüvvələrimiz Azərbaycan tarixində şərəfli, şanlı səhifələr həkk etdirdi və bu proses davam edir: “30 ilə yaxın torpaqlarımızı işğal edən Ermənistana 1 ayın ərzində tarixi ibrət dərsini verərək, 4 rayon mərkəzimizi, 166-dan yuxarı kəndimizi və 4 qəsəbəmizi azad etdik. Bu gün həmin tarixi ərazilərimizdə Azərbaycan bayrağı qaldırılıb. Eyni zamanda Azərbaycan təkcə vandal ermənilərə qarşı deyil, həm də onları himayə edən, onlara hərtərəfli yardım göstərən, siyasi-mənəvi dəstək verən, silah-sursatla təchiz edən beynəlxalq güclərə, xüsusi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı diplomatik cəbhədə vuruşur. Yəni biz, əslində, dünya emrəniliyinə və dünya erməniliyini müdafiə edən qüvvələrə qarşı amansız döyüşdəyik. Bu döyüşdə möhtərəm, cənab Prezidentimiz həm Ali Baş Komandan, həm peşəkar və yüksək səviyyəli diplomat, həm də Azərbaycan xalqının iradəsinə söykənən və böyük qətiyyəti özündə ifadə edən dövlət başçısı kimi öndədir”.

Ağamalı nəzərə çatdırıb ki, ermənilər faktiki olaraq 1 ay müddətində Azərbaycandan almış olduğu ciddi zərbələr nəticəsində çökməkdədir: “Onun hərbi potensialına çox ciddi zərbələr vurulub. Yüzlərlə hərbi texnikası sıradan çıxarılıb, minlərlə canlı qüvvəsi məhv edilib. Hətta Paşinyan bütün dünya ermənilərini, xristian təssübkeşlərini hərəkətə gətirərərək, Azərbaycana qarşı aparmış olduğu total müharibədə bu gün diz çöküb. Bu, Prezidentimizin qətiyyəti Azərbaycan xalqının iradəsi və qəhrəman, igid silahlı qüvvələrimizin igidliyi nəticəsində reallaşıb və reallaşdırılmaqdadır”.

“Qələbə bizimlədir. Tezliklə işğal olunmuş bütün torpaqlarımızda üç rəngli bayrağımız dalğalancaq və qələbə günümüzə çox az qalıb. Yaxın zamanda biz Şuşada və Xankəndində qələbəmizi bir xalq olaraq qeyd edəcəyik. Həmin günə olduqca az qalıb”, - deyə deputat əlavə edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm