Nida Xəbər
İrəvanı üzəcək AÇIQLAMA: "Azərbaycan Qarabağ məsələsini artıq həll edib" - VİDEO

Video əlavə olunub.
"Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatları ardıcıl şəkildə və uğurla həyata keçirir".
Publika.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladislav Şurıgin deyib.
Ekspertin fikrincə, müəyyən məqamdan sonra həm Azərbaycan Ordusunun texniki və təşkilati üstünlüyü, həm də Ermənistandakı daxili böhran öz təsirini göstərməyə başladı:
“Nəticədə Azərbaycan 28 ildir Ermənistanın nəzarətində olan torpaqlarını inamlı şəkildə azad edə bilib. Mən bunu Azərbaycanın siyasi və hərbi rəhbərliyi tərəfindən son illər gördüyü böyük işlərin bəhrəsi kimi görürəm. Qarşıya qoyulan vəzifələri yerinə yetirən Azərbaycan Ordusunu müsbət qiymətləndirirəm. Belə ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası olan başlıca məsələni həll etməyə qadir olan regionun güclü ordularından birini yaratmağa müvəffəq olub”.
Ekspertin qənaətincə, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin həllinə nail olub:
“Ermənistanla Azərbaycan hərbi, iqtisadi potensial baxımdan müqayisə oluna bilməz. Bu münaqişə zamanı əldə olunan döyüş təcrübəsi sayəsində Azərbaycan ordu quruculuğuna bundan sonra da uğurla davam edə biləcək”. (Report)
Video: Sevinc Xanqızı

-
Region00:34
Ceyhun Bayramov bu gün İrana gedəcək
-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...