Nida Xəbər
Mehriban Əliyeva: “Torpağımızı təcavüzkarlardan azad edəcəyik” - FOTO
"Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.
“Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında ermənilərin Bərdəyə raket hücumu barədə yazıb:
O bildirib:
"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!"
Bu gönderiyi Instagram'da gör
Bizi Telegram-da izləyin
Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)'in paylaştığı bir gönderi (27 Eki, 2020, 12:40ös PDT)
Oxumağa davam et
Sosial19:12Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
Sosial18:40Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
Sosial17:54Əli Əsədov qərar imzaladı
Qarabağ 17:13Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
Qarabağ 16:38Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
Rəsmi xronika16:13Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
Nida Xəbər 16:08SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
Rəsmi xronika15:28Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident