Azərbaycan əsgəri dünyanın ən güclü və ədalətli döyüşçüsüdür - Amerikalı gənc
Bizi izləyin

Nida Xəbər

Azərbaycan əsgəri dünyanın ən güclü və ədalətli döyüşçüsüdür - Amerikalı gənc

Azərbaycan əsgəri dünyanın ən güclü və ədalətli döyüşçüsüdür. Onlar sülh qəhrəmanlarıdır. Körpələrin üstünə raket yağdırmırlar. Düşmənin cavabını döyüş sahəsində verirlər.

Bu sözləri Publika.az-a açıqlamasında ABŞ-ın Miçiqan ştatından Mett Qarnet bildirib.

Azərbaycanın haqq münbarizəsində xalqımıza dəstəyini əsirgəməyən Mett həmçinin amerikalı məşhurları da yanlış propaqanda apardıqları üçün tənqid edib.

"ABŞ-ın Miçiqan ştatında doğulmuşam. 11 yaşım olanda Azərbaycan adlı ölkəni kəşf etdim. Ölkənizə vuruldum. Bakının fotolarını görən kimi anladım ki, mütləq bu şəhərə səyahət etməliyəm. Bayrağınızın rənglərinin vəhdəti də möhtəşəmdir.

Yeri gəlmişkən Azərbaycan xalqını Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl və Hadrutun... üzr istəyirəm Ağoğlanın, bir sıra kənd və yüksəkliklərin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad edəcəyinə hər zaman inanırdım. Hətta Qarabağ haqda məlumatları oxuyanda da bu möhtəşəm günün yaxınlaşacağını gözləyirdim. Əminəm ki, çox sevdiyim üçrəngli bayrağınızı tezliklə Xankəndi və Şuşanın səmasında da dalğalandıracaqsınız.

Qarabağ münaqişəsi yaşca məndən böyükdür. Amma inanın ki, bu münaqişə məni də sizin qədər narahat edir. Ətrafımdakı amerikalı dostlarımla da bitməyən erməni aqressiyası barədə müzakirələr aparıram.

Bu gün Azərbaycan çox qüdrətli tarix yazır, torpaqlarını düşməndən təmizəyir. Hesab edirəm ki, Azərbaycan əsgəri dünyanın ən güclü və ədalətli döyüşçüsüdür. Onlar sülh qəhrəmanlarıdır. Körpələrin üstünə raket yağdırmırlar. Düşmənin cavabını döyüş sahəsində verirlər. Amma təəssüf ki, ABŞ-da insanların çoxu bu haqda məlumatlı deyillər. Dəfələrlə Azərbaycan diasporunun San-Fransiskoda, Mayamidə, Nyu-Yorkda, Vaşinqtonda nümayişlərinin şahidi olmuşam.

Son günlər amerikalı tanınmışlar öz sosial hesablarında videolar paylaşırlar. Ermənilərin tərəfində olduqlarını bildirirlər. Bunun da səbəbi məlumdur. Onların Azərbaycanın faciəsini öz adlarıına təqdim edən erməni dostlarının sayı çoxdur. Yaxud elə həmin məşhurlar bu xidməti pul qarşılığında göstərir. Amma bu təbliğatı aparmazdan öncə sadə addım atmağı - xəritədə Azərbaycan və Ermənistanın ərazisinə baxmağı unudurlar.

Azərbaycan xalqı, əmin olun, tarixdən, coğrafiyadan bir az anlayışı olan insanlar sizin yanınızdadır. Haaqınızı tələb etməkdən çəkinməyin. Erməni təcavüzünə, terrorizminə qarşı vicdanla mübarizə aparan Azərbaycan xalqını və ordusunu dəstəkləyirəm. Birgə olmalıyıq ki, iyrənc erməni işğalçılarına qalib gələk. Haqq-ədalət carçılarına da məlum olsun ki, beynəlxalq hüquq Azərbaycanın yanındadır.

Cənab İlham Əliyevin şüarlarını mən də qürurla təkrarlayıram.

Biz birlikdə güclüyük! Qarabağ bizimdir, bizim olacaq! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Azərbaycan xalqına! Üçrəngli bayrağınla məsud yaşa! Yaşasın Azərbaycan!"

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm