Nəsib Məhəməliyev: “Bu, erməni vəşiliyinin əsl simasıdır”
Bizi izləyin

Nida Xəbər

Nəsib Məhəməliyev: “Bu, erməni vəşiliyinin əsl simasıdır”

“Bu gün Bərdədə 21 nəfər insan həyatını itirib, 60-dan çox insan yaralanıb. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin birbaşa terror aktıdır. Onlar cəbhədə uduzduqlarından diqqəti yayındırmaq, üçüncü dövlətləri birbaşa müharibəyə cəlb etmək məqsədi daşıyırlar”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev qeyd edib ki, ermənilərin qadağan olunmuş smerç raketləri ilə Bərdədə və digər rayonlarda mülki əhalimizi vurması beynəlxalq humanitar konvensiyalarla qəti qadağandır: “Onlar gələcəkdə Haaqa tribunalında cavab verməli olacaqlar. Bu, erməni vəhşiliyinin əsl simasıdır. Dünyada ikinci belə millət, dövlət yoxdur ki, bilavasitə mülki əhalinin yaşadığı əraziləri, gecə yatan insanları, uşaqları bomabalasın. Çox təəssüflər olsun ki, burada dünya birliyinin, bu məsələrlərə nəzarət edən beynəlxalq təşkilatların günahı çox böyükdür. Onlar erməni kaprizlərinə dözə-dözə onların cinayətlərinə susqunluq nümayiş etdirirlər, kəskin münasibət bildirilmir”.

“Baxmayaraq ki, birinci dəfə Gəncəni gecə vaxtı raket atəşinə tutandan sonra xeyli vətəndaşımız dünyasını dəyişdi, böyük dağıntılar oldu. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda məskunlaşmış beynəlxalq təşkilatların yerli nümayəndləri, o cümlədən dislokasiya olunmuş diplomatik korpusun nümayəndləri hadisəni yerində öz gözləri ilə gördülər. Ancaq bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, kəskin mövqe bildirmədilər. Bu da müasir dünyada beynəlxalq hüquq normalarının deqradasiyası deməkdir. Çox təəssüflər olsun ki, biz 21-ci əsrdə belə terror hadisələri ilə rastlaşırıq. Amma hesab edirəm ki, Azərbaycan Ordusu öz sözünü uşaqlara, mülki əhaliyə yox, məhz qəsbkar erməni işğalçılarına qarşı döyüş meydanında deyəcək”, - deyə deputat əlavə edib

N.Məhəməliyev onu da bildirib ki, o, Cenevrə görüşündən konkret nəsə gözləmir: “Çünki bunu gözləmək üçün ermənilərə fakta görə konkret cəza təyin olunmalıdır. Fakta görə emrənilərə konkret münasibət bildirilməlidir ki, növbəti belə bir hal beynəlxalq təşkilatlarda müzakirəyə cəlb olunacaq. Yəni, bu, birbaşa cinayətdir, dövlət terrorudur. Mən konkret bu görüşdən heç nə gözləmirəm. İkinci bir tərəfdən, klassiklər çox gözəl deyiblər ki, ermənilər rəsmi müqavilə bağladıqları, öz imzalarından imtina edən millətdir. O baxımdan, ermənilərin hansısa bir razılaşma, müqavilə imzalamasına inanmıram və hesab edirəm ki, Azərbaycan xalqı da inanmır”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm