• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

“ATƏT-in Minsk Qrupu, o ölmüş, iflasa uğramış qurum yenə deyəcək ki...” - DEPUTAT

“ATƏT-in Minsk Qrupu, o ölmüş, iflasa uğramış qurum yenə deyəcək ki...” - DEPUTAT

“Bir dövlətin ki, terror dövlət siyasəti ola, nə demək olar. Gəncədə bu yaxınlarda törədilən vəhşilik dünyada 21-ci əsrin növbəti bir soyqırımı adlandırıldı. Bu da onun davamıdır. İşğalçı, təcavüzkar, mənfur Ermənistan dövləti, - ona yaxşı ad qoyublar, quldur dövləti, - artıq məğlubdur. Məğlubiyyətini boynuna almaq istəmir. Bir atalar misalı var: “meymun suda boğulanda balasını ayağının altına salır”. İndi bunlar məğlubdurlar”.

Publika.az xəbər verir ki, bunu ermənilərin Bərdəyə raket hücumu nəticəsində xeyli sayda insanın həyatını itirməsi və yaralanması ilə bağlı danışan deputat Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, ermənilər hüquqi, siyasi, demokqrafik müstəvidə çoxdan məğlub olmuşdular: “Amma döyüş meydanında məğlub olmamışdılar, indi artıq döyüş meydanında məğlub olublar. Yəni xəstə aqaniya vəziyyətində olur, son çırpıntılarını yaşayır. Bunlar da beynəlxalq aləmdə ifşa olunaraq məğlubiyyətə uğrayıblar. Özü də təkcə təcavüzkar Ermənistan məğlub olmur. Bu terrorçu dövləti dəstəkləyən qüvvələrin, beynəlxalq təşkilatların da məğlubiyyətidir. Ona görə cənab Prezidentin sonuncu müraciətində dediyi kimi, onlar reallığı qəbul etməlidirlər. Nə Ermənistan, bu terrorçu dövlət, nə də onları dəstəkləyən qüvvələr reallığı qəbul etmək istəmir. Ancaq qəbul etdilər, etmədilər, inşallah, yaxın günlərdə böyük zəfər müjdəsi xalqımıza bildiriləcək.

“Məlum olduğu kimi, 20 faiz işğalda olan torpağımızın 4 rayon mərkəzi, kəndləri ilə bir yerdə alınıb, bir neçə qəsəbə azad olunub. İşğalçıların müqqədəs torpaqlarımızdan qovulması üçün hazırda da qəhrəman ordumuz çox yüksək səviyyədə döyüş aparır. Dünəndən başlayan Bərdədə növbəti terror hadisələri terrorçu dövlətin mahiyyətidir. Bərdədə, Ağcabədidə, Tərtərdə törədilən bu ağır cinayət Cenevrə Konvensiyasının bütün prinsiplərini pozur. Onsuz da ötən 30 ildə bu təcavüzkar dövlət heç bir beynəlxalq hüquqa əhəmiyyət vermir, əməl etmir. Beynəlxalq təşkilat da laldır, kardır, kordur”, - deputat əlavə edib.

M.İbrahimqızı bildirib ki, dünəndən bu günə 21-dən çox insan həlak olub: “Yenə də ATƏT-in Minsk Qrupu, o ölmüş, iflasa uğramış qurum yenə deyəcək ki, tərəfləri mülki insanlardan ehtiyatlı olmağa çağırırıq. Deməyəcklər ki, işğalçı, terroçu dövlətə qarşı bu sanksiya tətbiq olunsun. Maraqlı burasındadır ki, təcavüzkar Ermənistan dövlətini dəstəkləyən Rusiyaya qarşı gündə bir sanskiya tətbiq edirlər, amma bu terrorçu, işğalçı dövlətə heç bir sanskiya qəbul olunmur. Bu da beynəlxalq təşkilatların ikiüzlülüyüdür”.

M.İbrahimqızı diqqətə çatdırıb ki, bu günlərdə möhtərəm Prezidentimiz bütün beynəlxalq mətbuata, fərqli medialara müsahibələr verir: “Bu müsahibələrində də beynəlxalq təşkilatların iç üzünü ifşa edir. Yəni həqiqətən bu gün dünyada tərəzinin bir gözündə Azərbaycan Ordusu, başda Ali Baş Komandan işğalçıya qarşı mübarizə aparır, amma dünya erməniliyi də, dünyanın ikiüzlü, riyakar erməniprəsət təşkilatları və dövlətləri də təcavüzkarı dəstəkləyir. Nə cürə dəstəkləyirlər, dəstəkləsinlər, ilk gündən yola çıxanda Ali Baş Komadanımız dedi ki, haqqın və ədalətin uğurunda mübarizə aparırıq. Haqq, ədalət də Allahın adıdır. Həmin haqq, ədalət uğurunda da zəfər çalacağıq”.

Bərdə qətliamını Xocalı qətlimanın davamı hesab edən deputat söyləyib ki, 1992-ci ildə Xocalda, 2020-ci ildə Gəncədə, Bərdədə teror törədilir: “Bu, ağır cinayətdir. Təbii ki, bundan sonra görəcəyimiz işlər çox olacaq. Biz inşallah, bayrağımızı Şuşada, Xankəndində asandan sonra Paşinyan və onun sələfləri beynəlxalq məhkəmələrdə bu müharibə cinayətlərinə cavab verməli olacaqlar. Yəni indi biz dözməliyik. Torpaqlarımızın müdafiəsi, işğaldan azad edilməsi üçün hər bir birimiz şəhid olmağa hazırıq. Hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşməliyik, Milli ordumuzun arxasında öz həmrəliyimizi göstərməliyik. Mənəvi, maddi, cismani, yəni nə lazım olsa, biz bu yolda əsirgəməməliyik. İnşallah, yaxın zamanda böyük zəfərin müjdəsini eşidərik”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR