Nida Xəbər
SON DƏQİQƏ: Düşmən ciddi itki verdi, dayaq məntəqələri MƏHV EDİLDİ

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

-
Magazin122:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Avropa21:48
Zelenskidən ruslarla bağlı ŞOK PLAN: "Heyrətamiz qabiliyyətlərini..."
-
Sosial20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?
-
Dünya18:38
Ərdoğan: "Gecikmələrə dözə bilmərik"