Nida Xəbər
Azərbaycan mülki şəxslərlə müharibə aparmır və aparmayacaq - Prezidentin köməkçisi
“Hücumların çoxu Ermənistan ərazisindən həyata keçirilir. Azərbaycanın beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını rəhbər tutaraq özünümüdafiə hüququ var. Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan mülki şəxslərlə müharibə aparmır və aparmayacaq:
“Azərbaycanla Ermənistan arasında olan fərq də məhz budur. Biz döyüş meydanında müharibə aparırıq. Biz Ermənistanın mülki şəxslərinə qarşı müharibə aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı tədbirlər görürük. Bu, bizim mədəniyyətimizidir”.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye