Cavid Osmanov: “Beynəlxalq təşkilatların Ermənistana təzyiqi daha da artmalıdır”
Bizi izləyin

Nida Xəbər

Cavid Osmanov: “Beynəlxalq təşkilatların Ermənistana təzyiqi daha da artmalıdır”

“Nəhayət, Amnesty International” və “Human Rights Watch” Ermənistanın bu vandallığını, barbarlığını etiraf etdilər və bununla bağlı bəyanat yaydılar. Çünki bu, bir vandallıq, soyqırımıdır”.

Publika.az xəbər verir ki, bunu deputat Cavid Osmanov “Amnesty International” və “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatlarının Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsinə münasibətini ifadə edərkən qeyd bildirib.

O deyib ki, istənilən halda, mülki əhalini heç vaxt hədəfə almamalıdırlar: “Birincisi, mülki əhalini hədəfə almaq bir cinayətdir. İkincisi, qadağan olunmuş silahlardan mülki əhalini hədəfə almaq cinayətin ikinci mərhələsidir. Yəni istənilən halda, hər hansı bir silah-sursatla mülki əhalini hədəfə almaq olmaz və xüsusən də qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alırsansa, burada artıq bir cinayət deyil, bir neçə cinayət məsələsi var”.

C.Osmanov deyib ki, beynəlxalq təşkilatlar yavaş-yavaş ayılır: “Onlar görürlər ki, Ermənistanın bugünkü hərbi-siyasi rəbhərliyi konkret olaraq hərbi terror aktı həyata keçirir, hərbi cinayət işlədirlər. Bunlar misli görünməmiş cinayətlərdir. Artıq bu təşkilatlar bəyanat verirlərsə, biz beynəlxalq təşkilatlara bir az daha çox məlumatlar göndərməliyik ki, nəhayət, Ermənistanın bugünkü hərbi-siyasi rəbhərliyinə sanksiyalar tətbiq olunsun. Əslində, heç bir silahdan mülki əhalini hədəfə almaq olmaz və bu, elə Ermənistana sanskiya tətbiq etmək üçün vacib bir məsələdir. Bunun üzərinə də qadağan olunmuş kasetli silahları gələndə onlara sanskiya mütləq tətbiq olunmalıdır”.

“Kasetli silahdan istifadə etməkdə məqsəd daha çox insana zərər vurmaq, sosial infrastruktur obyektlərinə zərbə vurmaq və insan tələfatının sayını çoxaltmaqdır. Nəticə etibarilə biz bunu Bərdənin simasında gördük ki, 21 nəfər həlak oldu və 70-dən çox isan yaralandı. Əlbəttə, buna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Çünki mütəxəssislərin qeyd etdiyinə görə, bu silahlar yalnız hərbi-siyasi rəhbərliyin tabeçiliyində olan və birbaşa onların əmri ilə istifadəyə veriləcək silahlardır. On görə də burada artıq başqa günahkar axtarmağa ehtiyac yoxdur. Hərbi-siyasi rəhbərlik bu gün Ermənistanın baş naziri, prezidenti, müdafiə naziridir ki, məhz bu silahların istifadə olunması birbaşa onların əmri ilədir. Yəni ali baş komandan funksiyasını bu gün Nikol Paşinayn yerinə yetirir. Ona görə də, baş nazir Nikol Paşinyan başda olmaqla, məhz bu 3 nəfər hərbi cinayət daşıyırlar”, - deyə deputat əlavə edib.

C.Osmanov onu da söyləyib ki, beynəlxlaq təşkilatlar indi yox, çoxdan sanksiyalar tətbiq etməliyidi: “30 ildir işğal altında torpaqlarımızı istismar ediblər, orada qaçaqmalçılıq ediblər. Ondan sonra, orada narkotik becəriblər, tranzitini həyata keçiriblər, çirkli pulların yuyulması baş verib. Bizim işğal altında olan təbii ehtiyatlarımızdan vandalcasına istifadə ediblər və nəhayət, Azərbaycan xalqına qarşı Xocalı, Gəncə, Bərdə və digər yaşayış məntələqimizdə mülki əhalini, xüsusən də qadağan olunmuş silahlarla vurmaqla soyqırımı törədiblər. Ona görə də Ermənistana beynəlxalq təşkilatların təzyiqi daha da çoxalmalıdır. Sanksiyalarla yanaşı, eyni zamanda bu cinayətləri törədənlər beynəlxaq hüquqi müstəvidə cavab verməlidirlər”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm