Onlardan hər hansı bir prinsipial addım gözləmək mümkün deyil - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

Onlardan hər hansı bir prinsipial addım gözləmək mümkün deyil - POLİTOLOQ

“Düşmən ordusu yenə də Azərbaycan ərazilərini atəşə tutur. Özü də Cenevrə görüşündən yayılan bəyanatın birinci müddəası ondan ibarətdir ki, tərəflər beynəlxlaq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlar. Başqa müddəalar da var, amma aparıcı müddəa budur”.

Bu sözləri Publika.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, neçə ki, işğal altında olan Azərbaycan torpaqları işaldan azad olunmayıb, axırıncı erməni əsgəri Azərbaycan ərazisindən çıxmayıb, ortaya səmimi bir müqavilə, saziş qoymaq mümkün olmayacaq: “Hələ mən sülh müqaviləsini demirəm. Ermənilərin təbiəti yalanla, qeyri-səmimiliklə yoğrulub. Bunu dünyanın aparıcı simaları, siyasiləri, yazıçıları deyib və özümüz də görmüşük. Ermənilər 200 ildən bir az artıqdır ki, Qarabağ və indi yaşadıqları əraziyə gəliblər, amma bu ərazilər Azərbaycan torpaqları olub. Azərbaycan onlara torpaq verib, yaşayış üçün şərait yaradıb. Amma Azərbaycan ən böyük ziyanı məhz ermənilərdən görüb. İndi də Cenevrədə danışıqlar gedib. Düzdür, Cenevrə danışıqlarında Xarici İşlər nazirlərinə böyük səlahiyyətlər verilməmişdi ki, onlar burada hər hansı prinsipal qərar, razılaşmaya getsinlər”.

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Azərbaycan tərəfindən etimad çox zəifdir, hətta mən deyərdim çox pisdir. Ölkə Prezidenti xalqa müraciətində onların fəaliyyətlərini, hərəkətlərini ciddi surətdə ifşa edib. İndi də həmin adamlardır ki, 30 il bu prosesi dondura-dondura bu vəziyyətə gətirib çıxarıblar. Bundan sonra da onlardan hər hansı bir prinsipial addım gözləmək mümkün deyil. Amma heç kimi bəyənməyən, hamıdan yüksək mədəni səviyyədə olan, əslində isə xristian təəssübkeşliyi ilə hərəkət edən Qərb dövlətlərinin əsas məqsədi bölgədə Azərbaycan ordusunun müzəffər hücumunu dayandırmaq, atəşkəs elan etmək və beləliklə, ermənilərin yenidən nəfəs alıb, səfərbər olub Azərbaycana qarşı mübarizəsini təmin etməkdən ibarətdir”,-deyə politoloq əlavə edib.

Q.Hüseynli qeyd edib ki, Ermənistan həmin torpaqları işğal edəndə bunlar dillərini udmuşdular: “Bir kəlmə də danışmırdılar. Amma indi Azərbaycan nə edir? İşğalçı qismində çıxış edir? Başqa ölkənin ərazisinə girib? Azərbaycan böyük itkilər, əziyyətlər hesabına öz torpağını azad edib, ərazi bütövlüyünü bərpa edir. Bu, BMT nizamnaməsində, beynəlxalq hüququn müddəalarında da var. Azərbaycan qeyri-qanuni bir iş görmür. Bütün hüquq normaları, konvensiyalar Azərbaycanın tərəfindədir. Amma indiyə qədər bu məsələni dondurub bu vəziyyətə saxlayan isə ATƏT-in Minsk Qrupunun həmsdərlərdir. Onların BMT Təhlükəsizlik Şurasında təmsil olunan ölkələridir və onların ətrafında olan digər Avropa ölkələridir ki, işğal faktına dözüblər, işğalçını öz adı ilə çağırmayıblar, Ermənistanı qudurdublar, azğınlaşdırıblar. İndi də Ermənistanı labüd məğlubiyyətdən xilas etməyə çalışırlar. Bu kontekstdə mən Cenevrə görüşünün nəticələr verə biləcəyinə o qədər də inanmıram. Çünki əgər bəyant yayılan gün ermənilər bizim ərazilərə artilleriya mərmiləri yağdırırsa, bir azdan ballistik raketlərə keçəcəklər. Bu hərəkətlər və ermənilərin “Skad” tipli raketlərdən istifadəsi beynəlxalq konvensiya ilə qadağan edilib. Kasetli başlıqlarla təchiz edilmiş bu ballistik raketlər ölüm saçır, insanları öldürür. Sentyabrın 27-dən indiyə kimi Azərbaycanda 50-dən artıq insan bu cür kasetli raketlərin qurbanı olub. 300-dən artıq insan ağır yaralanıb. 500-dən çox ev darmadağın edilib. Bütün bunlar hamısı mülki əhali və cəbhə bölgəsindən xeyli uzaqda yaşayan insanlardır”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm