Nida Xəbər
Qüdrət Həsənquliyev: Prezident deyirsə ki, artıq...

"Heç vaxt döyüş meydanında əldə etdiyimiz qələbəni masa arxasında əldən verə bilmərik".
Publika.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Moderator.az”a açıqlamasında deyib.
Deputat Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın mətbuata verdiyi açıqlama ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, daimi nümayəndənin Dağlıq Qarabağda vəziyyət yaxşılaşmasa, BMT TŞ-nın yenidən toplana bilcəyinə dair fikrini Azərbaycana yönəlik hədə kimi qəbul etmək olar: “Amma bu cür hədələrlə bizi dayandıra bilməzlər. Bu adam öz ermənipərəstliyi ilə seçilən şəxsdir. Ondan soruşmaq lazımdır ki, Rusiya Çeçenistan üzərində öz suveren hüquqlarını bərpa edəndə, 1995-ci ilin avqustunda Xorvatiya onun ərazi bütövlüyünə xəyanət etmiş 200 min serbi Serbiyaya qovmaqla öz müstəqilliyini elan etmiş qondarma "Serb Krayina Respublikasına" son qoyanda BMT TŞ niyə təsirli tədbirlər görmədi? Yaxud 2017-ci ilin oktyabrında Kotoloniya İspaniyadan ayrıldığını elan edəndə, rəsmi Madrid Barselonaya qoşun göndərdi və İspaniya dövlətinin bütövlüyünü qorudu. Onda BMT TŞ niyə İspaniya əleyhinə hər hansı qərar qəbul etmədi? Onlar bir müsəlman ölkəsi kimi bizi zəif bilirlər. Ona görə üstümüzə xoxalanırlar”.
Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycan açıq deyə bilməz ki, baza prinsiplərindən və danışıqlardan imtina edirik: “Ancaq Prezident deyirsə ki, artıq köhnə təmas xətti, status-kvo yoxdur və Dağlıq Qarabağın statusuna dair heç bir referendum keçirilə bilməz, deməli baza prinsipləri də yoxdur. Biz buna şəhid balalarımızın qanı bahasına nail olmuşuq. Azərbaycan Ordusu Xankəndi başda olmaqla Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməlidir. Necə ki, bunu xorvatlar, ispanlar, ruslar Çeçenistanda etdi. Bundan sonra Prezidentin dediyi kimi Azərbaycan vətəndaşlığını qəbul edib orda yaşamaq istəyən ermənilərə mədəni muxtariyyət verə bilərik. Heç vaxt döyüş meydanında əldə etdiyimiz qələbəni masa arxasında kənar təzyiqlərin nəticəsi olaraq əldən verə bilmərik. Xüsusilə Türkiyə, Pakistan kimi dövlətlərin bizi birmənalı dəstəklədiyi halda. Hesab edirəm danışıqlar yeni formatda, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatında davam etdirilməli, sonda Qars şəhərində 1921-ci ilin oktyabrında Ermənistanın da imzaladığı Qars müqaviləsi yenidən təsdiq olunmalıdır”.

-
Nida Xəbər 13:20
Sülhməramlılar Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaq - Kuznetsov
-
Hadisə12:58
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi
-
İdman12:01
Qurban Qurbanov: - Biz meydandan DÖYÜŞSÜZ çıxa bilmərik - VİDEO
-
Nida Xəbər 11:35
Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüşü başladı - FOTO/YENİLƏNDİ
-
Hadisə11:26
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
-
Dünya11:03
Ölümdən danışan yerdə öldü - VİDEO
-
Nida Xəbər 10:32
Kamran Əliyev: "Vətən müharibəsi dövründə jurnalistlərimiz sübut etdilər ki..." - YENİLƏNDİ
-
Dünya10:23
Stoltenberq: "Ukraynada müharibənin nə vaxt bitəcəyini..."