Nida Xəbər
Ermənistan yaşayış məntəqələrinə 27 mindən artıq mərmi, 218 raket zərbəsi endirib
.jpg?v1656781182)
Ermənistan dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların yaşadıqları əraziləri hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib.
Publika.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O bildirib ki, sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın 182-dən artıq yaşayış məntəqəsi düşmən hədəfinə çevrilib: "Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə 27 mindən artıq mərmi, 218 raket zərbəsi endirilib. Ən çox raket zərbələri Goranboy, Gəncə Füzuli və Bərdə şəhərlərinə, ən çox mərmi zərbələri isə Tərtər və Ağdam rayonlarına atılıb. Hadisə nəticəsində Bərdə rayonunda 27, Gəncədə 26, Tərtərdə isə 17 mülki şəxs həlak olub. Bu günə qədər 91 nəfər həlak olub, 396 nəfər yaralanıb. 2242 yaşayış evi, 92çoxmənzilli yaşayış məntəqəsi və 423 mülki obyektə ziyan dəyib. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə ziyan dəyib ki onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı, 1-i isə istilik təchizatı obyekti olub".

-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu
-
Hadisə16:19
Bakıda yaşayış binası yanır - Yeniləndi