Gürcüstanda erməni terrorunu pisləyən videoçarx hazırlandı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Gürcüstanda erməni terrorunu pisləyən videoçarx hazırlandı - VİDEO

Gürcüstanda yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Ermənistan terrorunu pisləyən videoçarx hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata əsasən, Gəncə və Bərdədə törədilən erməni terroruna uşaqların münasibəti gürcü və ingilis dillərində nümayiş etdirilib.

Eləcə də, bütün beynəlxalq qanunları və mənəvi normaları pozan Ermənistan silahlı qüvvələrinin cəbhə boyu və müharibə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrini qadağan olunmuş raket və silahlarla bombalaması, Gəncə, Bərdə və digər şəhərlərdə müharibə cinayətləri törətməsi nəticəsində qətlə yetirilən 90 dinc sakindən 11 nəfərin uşaq olduğu barədə məlumat verilib.

Bildirilib ki, Gürcüstan hökuməti və cəmiyyətini işğalçı Ermənistan ordusunun terroru nəticəsində dinc sakinlərin və günahsız uşaqların öldürülməsinə mövqelərini bildirməyə çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm