Ermənistan cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atıb
Bizi izləyin

Nida Xəbər

Ermənistan cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atıb

Bu gün də cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin hücum və təxribatlarını almaqdadır.

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bütün beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır.

Hikmət Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyev beynəlxalq media qurumlarına verdiyi 24-dən artıq müsahibədə Azərbaycanın həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb: "Ermənistanın siyasi rəhbərliyi isə Azərbaycan Prezidentinin müsahibələrini imitasiya etməyə çalışır. Bəzən müsahibələrdə provokativ suallara da rast gəlinir. Amma Azərbaycan Prezidenti bu sualları yerində və lazımi şəkildə cavablandırır".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm