Bu videonun saxta olduğu sübut olunub - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

Bu videonun saxta olduğu sübut olunub - Hikmət Hacıyev

BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirilib. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kasetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapıb.

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ali komissarın bəyanatında Gəncə hadisələrinə toxunulmamaması təəssüf doğurur: "Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün məhz Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Eyni zamanda onun tərəfindən ermənilər tərəfindən hazırlanmış saxta videoya da istinad var ki, bu videonun saxta olduğu Azərbaycan tərəfindən müvafiq strukturların xətti ilə təsdiq olunub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm