Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində döyüşlər davam edir - Rəsmi
Bizi izləyin

Nida Xəbər

Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində döyüşlər davam edir - Rəsmi

“Döyüş əməliyyatları, əsasən, Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində davam edir”.

Publika.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov açıqlayıb.

Nazirlik rəsmisi qeyd edib ki, son sutkada 4 Qrad, 1 KUB, 9 top, sursatlarla dolu 2 yük maşını, o cümlədən taktiki pilotsuz uçuş aparatı məhv edilib: “Düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə bütün istiqamətlərdə sıxışdırılıb, geri çəkilməyə məcbur edilib. Hazırda Ordumuz əməliyyat şəraitinə nəzarət edir”.

Onum sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı legitim hərbi hədəflər məhv edilir: “Düşmənin döyüş meydanından məlumatı olmayan rəhbərliyi hələ də daxili auditoriyaya yalan məlumat verir. Buna görə də aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm