MN: Azərbaycan Ordusunun şimal istiqamətində geri çəkilməsi yalandır
Bizi izləyin

Nida Xəbər

MN: Azərbaycan Ordusunun şimal istiqamətində geri çəkilməsi yalandır

Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də yalan, şişirdilmiş senarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm