Azərbaycanın haqq savaşına kölgə salmaq üçün... - Fuad Muradov
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın haqq savaşına kölgə salmaq üçün... - Fuad Muradov

"Ermənistan hakimiyyəti və terrorçu ölkənin xarici dövlətlərdəki diasporları Azərbaycanın haqq savaşına kölgə salmaq üçün yalan və doğru olmayan məlumatların yayılmasına çalışırlar".

Publika.az xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, bütün yalan və iftira dolu xəbərlərə baxmayaraq, Azərbaycan xalqı vəhdət halında Ali Baş Komandanın ətrafında birləşib, işğal altında olan torpaqlarımızı azad edir: "Erməni yalanlarının dəf edilməsində, haqq səsimizin dünyaya çatırılmasında türk icmasının da böyük köməyi var. Onu bildirim ki, Azərbaycan icması və Türk icması dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir. Gəncədən qayıdarkən bu gün burada olan qardaşlarımız bütün Türk icmalarına, xaricdə yaşayan soydaşlarına məlumat verəcək. Eyni zamanda biz birgə konkret addımlar atırıq. Yol xəritəmiz var və bu yol xəritəsi istiqamətində işimizi görürük".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm