Əsir düşmüş erməni pastordan xalqına MÜRACİƏT - Qan tökməyi dayandırın
Bizi izləyin

Nida Xəbər

Əsir düşmüş erməni pastordan xalqına MÜRACİƏT - Qan tökməyi dayandırın

Bu gün Bakıdakı Yeddinci Günün Adventistləri Dua Evində Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib.

Tədbirdə əvvəlcə dua edilib.

Tədbirdə çıxış edən Bakıdakı Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Cabbarov deyib ki, Allah müharibənin olmağını istəmir: “O, həmişə sülhün tərəfdarıdır. Allah istəmir ki, kimsə həlak olsun. Biz bunu Allahın kəlamında da oxuyuruq. Allah deyir ki, nə bəxtiyardır sülh yaradanlar. Çünki sülh vasitəsilə biz yaşaya bilərik”.

Daha sonra yenidən Bakıdakı Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Cabbarov və Gəncədəki Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Səmədov birlikdə dua ediblər.

Tədbirdə çıxış edən Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib ki, biz sülhdə yaşamalıyıq: “Allah müharibəni istəmir. Mən həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqı birlikdə sülh şəraitində yaşasın. Mən çox şadam ki, Allah möcüzəli şəkildə mənim həyatımı qoruyub, saxlayıb və hazırda burdayam. Mənə hərbi komissarlıqdan zəng gəlib dedilər ki, müharibədə iştirak etməlisən. Mən dedim ki, Adventist kilsəsinin pastoruyam və əlimə silah götürüb heç kimi öldürə bilmərəm. Dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur. Allah mənə yeni bir imkan verdi. Mən burda Azərbaycanın Yeddinci Günün Adventistləri ilə birlikdə olmaqdan məmnunam. Mən Azərbaycan və erməni xalqını sülhə çağırıram. Allah istəyir ki, biz sülhdə və əmin-amanlıqda yaşayaq”.

O həmçinin qeyd edib ki, Ermənistanda orduya çağırılan zaman mənim dediklərimə məhəl qoymadılar və dedilər ki, cəbhədə olmalısan: “Mən qərara gəldim ki, insanları öldürməyəcəm və insanları xilas edəcəm. Bu baş verdi və mən bir nəfər yaranmış şəxsə kömək etdim”.

Hovsep Saakyan Araratoviç erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb: “Mən imanlı insan kimi həmvətənlərimə müraciət edib deyirəm ki, əllərinə silah götürməsinlər və döyüşə getməsinlər. Çünki həmin ərazilər bizim ərazi deyil və biz başqa ölkənin ərazisində vuruşuruq. Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar öz evlərinə qayıtmaq istəyirdilər. Mənim 9 aylıq qızım var. Necə ki, mən qızımı görmək istəyirəm, onlar da öz övladlarını görmək istəyir”.

O, daha sonra Bakıda saxlanma şəraitindən danışıb: “Məni bura gətirəndə hospitala göndərdilər. Burda mənə paltar və yemək verdilər. İndi mənim yeməyə yeməyim var. Hər şey var və buna görə minnətdaram”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm