İtaliyadakı səfirimizi ermənilər təhdid edir
Bizi izləyin

Nida Xəbər

İtaliyadakı səfirimizi ermənilər təhdid edir

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ermənilərə məxsus tvitter səhifəsindən davamlı təhdid mesajları alır.

Publika.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkədə məlumat verib.

Tvit yazansəfir bildirib ki, "L'Italiano in Armenia" onun ünvanına mütəmadi təhdid mesajları paylaşır. Səfirin paylaşdığı şəkildə sözügedən səhifə "Azərbaycanın İtaliyadakı səfiri üçün dua edin" ifadəsi də yer alıb.

"Erməni saxtakarlar mənə qarşı birbaşa hücumlara və təhdidlərə keçir. Xocalı soyqırımını törədənlərdən başqa bir şey gözləyə bilməzdim", - deyə diplomat vurğulayıb.

İtaliyalı siyasətçi, Avropa Parlamentinin Deputatı Aldo Patriçielli bununla bağlı səfirə dəstək mahiyyətli paylaşım edib və onunla həmrəy olduğunu qeyd edib: "Bu saatlarda təhdidlərə və mənasız hücumlara məruz qalan səfir Məmməd Əhmədzadə ilə tam həmrəyik. Siyasi mübahisələr heç vaxt qarşılıqlı hörmət hüdudlarından kənara çıxa bilməz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm