Nida Xəbər
Gənc əsgərlərimiz Vətənə sədaqət andı içdilər - FORO/VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Publika.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, Ordumuzun qazandığı 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərləri, hazırda işğal altında olan ərazilərimizin azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı hər birimizi qələbəyə ruhlandırır. Ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, işğal altındakı torpaqlarımızı düşməndən azad edən peşəkar Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazır. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz də bütün döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirən hərbi qulluqçularımız kimi Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlar.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video









.jpg)
























.jpg)