Çavuşoğlu: "Belə gündə Bakıda olmaqdan xüsusilə məmnunuq"
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu: "Belə gündə Bakıda olmaqdan xüsusilə məmnunuq"

Belə bir əlamətdar gündə Bakıda olmaqdan xüsusilə məmnunuq.

Publika.az xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Çavuşoğlu bildirib:

"Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik. Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm