XİN-dən Polad Bülbüloğlu barəsində AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

XİN-dən Polad Bülbüloğlu barəsində AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, bəzi KİV-lər səfir Polad Bülbüloğlunun geri çağırılması barədə xəbər yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm