Nida Xəbər
İtaliyada yaşayan azərbaycanlılarla görüş keçirildi
İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə diaspor təmsilçiləri bir araya gəlib və virtual müzakirə aparıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, görüş iştirakçıları Azərbaycan Ordusunun rəşadəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində əldə olunmuş möhtəşəm qələbə münasibətilə bir-birlərini təbrik edib, yeni fəaliyyət mexanizmlərini müzakirə ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Komitənin digər məsul şəxsləri, İtaliya-Azərbaycan Birliyinin sədri Fərid Abbasov, təşkilatın departament rəhbərləri, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov, Azərbaycan-İtaliya Assosiasiyasının sədri Bahar Yusifzadə, “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev və başqaları Azərbaycan diasporunun qarşısına qoyduğu hədəflər və fəaliyyət istiqamətləri barədə danışıblar. Qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlılar bu günədək Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və erməni yalanlarının ifşa olunmasında yaxından iştirak edib. İndi isə qazanılmış qələbə bizi daha da ruhlandırır, informasiya platformasında fəal olmağa stimul verir.
Görüş iştirakçıları İtaliya KİV-lərinin məlumatlandırılması işinin daha keyfiyyətli təşkilini, eləcə də xaricdə təhsil alan tələbələrin diasporun fəaliyyətinə cəlb edilməsini vacib saydıqlarını diqqətə çatdırıblar.
Görüş boyu Azərbaycan dövlətinin milli maraqlarının və mənafeyinin qorunması yolunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, maraqlı təkliflər səslənib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...