Gürcüstan KİV-ləri Prezidentin Füzuli və Cəbrayıl səfərindən yazdı
Bizi izləyin

Nida Xəbər

Gürcüstan KİV-ləri Prezidentin Füzuli və Cəbrayıl səfərindən yazdı

Gürcüstanın aparıcı “report.ge”, “24news.ge”, “aktual.ge”, “pia.ge”, “gaxa.ge” və digər informasiya portalları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonların, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri barədə materiallar yayıblar.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan xəbərlərdə Azərbaycan Prezidentinin və birinci xanımın işğaldan azad olunmuş ərazilərdə tarixi mədəniyyət abidələrini, Xudafərin körpüsünü ziyarət etdikləri qeyd edilib.

Azərbaycan Prezidentinin insanlarla görüşdüyü də bildirilib.(AzərTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm