Putindən Qarabağ AÇIQLAMASI
Bizi izləyin

Nida Xəbər

Putindən Qarabağ AÇIQLAMASI

"Qarabağla bağlı razılaşmalara hörmət edilir və orada vəziyyət sabitləşir".

Publika.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS-dəki həmkarlarına Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması barədə çıxışında deyib.

"Rusiya tərəfi iki dost dövlət arasındakı düşmənçiliyin dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən aktiv səyləri göstərdi. Vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi", - Putin bildirib.

O, bütün bunların Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli bəyanatında qeyd olunduğunu xatırladıb: "Bu razılaşmalara hörmət edilməsi vacibdir. Hərbi əməliyyatlar tamamilə dayandırıldı, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və genişmiqyaslı həlli üçün və həm Azərbaycan, həm də erməni xalqlarının maraqları naminə ədalətli əsasda şərait yaradıldı".

Qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm