"Ermənilər Füzulidə mədəni irsi qəsdən məhv edib" - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

"Ermənilər Füzulidə mədəni irsi qəsdən məhv edib" - Hikmət Hacıyev

"Füzulidə binanın yalnız fasadı qalıb. Azərbaycanın işğal olunmuş Füzuli bölgəsindəki dağıntıların miqyası və böyüklüyü Ermənistanın sivil dünyadan necə uzaq olduğunu göstərir. Bu, torpaq siyasətinə bənzəyir. Vandalizm və barbarlıq".

Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"də paylaşım edib.

“Bura tropik meşə və ya cəngəllik deyil. Eyni zamanda qiyamət şəhəri deyil. Bura Azərbaycanın Füzuli şəhərinin xarabalıqlarıdır. Yerlə yeksan edilib. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmini görsün. Bu mülkiyyətin, mədəni irsin qəsdən məhv və talan edilməsidir.

455-ci ildə Roma şəhəri Vandallar adlanan qəbilələr tərəfindən yandırılaraq talan edildi. Onların nüfuzu bütün tarix boyu məhv etmə - Vandalizm əməlləri ilə sinonim olaraq möhürlənib. Ermənistanın bir vaxtlar çiçəklənən Füzuli şəhərini məhv etdiyini gördükdən sonra vandalizmin yeni sinonimi yaranıb” - deyə, o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm