Vətən müharibəsi iştirakçılarından kimlər mükafatlandırılacaq? - AÇIQLANDI
Bizi izləyin

Nida Xəbər

Vətən müharibəsi iştirakçılarından kimlər mükafatlandırılacaq? - AÇIQLANDI

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının kimlərə veriləcəyi açıqlanıb.

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm